Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

2022-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
15.12.2021 15:20
  • A-
  • A
  • A+

2022-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2022-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtını açıqlayıb.

Yaz fəsli - Yaz gecə-gündüz bərabərliyi - 20 mart  saat 19:33. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Yay fəsli - Yay Günəş duruşu - 21 iyun saat 13:13. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlüyə (73.1) çatır. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san  olacaq.

Payız fəsli - Payız gecə-gündüz bərabərliyi - 23 sentyabr  saat  05:03. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır.

Qış fəsli - Qış Günəş duruşu - 22 dekabr saat 01:48. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.

4 iyul saat 11:10-da Yer Günəşə ən uzaq - 152 098 455 km. məsafədən (afeli), 4 yanvar saat 10:52-də isə Günəşə ən yaxın - 147 105 052 km. məsafədən (periheli) keçəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: