Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı çap olunub
17.12.2021 15:43
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 46-cı nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Belçikada Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA-nın elmi müəssisə və təşkilatlarında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı keçirilən tədbirlər, Akademiyada 2021-ci ildə əldə edilən mühüm nəticələr, “Nizami Gəncəvi İli” ilə əlaqədar AMEA-da işıq üzü görən nəşrlər, “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ulu Öndər Heydər Əliyev haqqında xatirələrindən”, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan dili”, “Tarixə yazılan imza. Akademik Nərgiz Paşayevanın Oksford fəaliyyəti haqqında düşüncələr”, “Sadə və qayğıkeş insan, təbiətşünas alim”, “AMEA Gəncə Bölməsinin və Qərb regionunun ictimai-mədəni tərəqqisində mühüm rolu olan alim”, “Etnoarxeologiya: tədqiqatlar və perspektivlər” sərlövhəli məqalələr, AMEA və Monpelye Universitetinin ikili diplom üzrə doktorantı Səid Paşayevlə müsahibə, nəşrlər, müsabiqələr və s. informasiyalar oxuculara təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: