Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

17.12.2021 16:26
  • A-
  • A
  • A+

“Elm tarixi və elmşünaslıq” jurnalı “Index Copernus” bazasında qeydiyyata alınıb

“Elm tarixi və elmşünaslıq” jurnalı “Index Copernus” bazasında qeydiyyata alınıb

AMEA-nın Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalı beynəlxalq xülasələndirmə və indeksləşdirmə sistemlərindən biri olan “Index Copernus”da qeydiyyata alınıb.

Dünyanın nüfuzlu elmi jurnallarını indeksləşdirən “Index Copernus” təxminən 20 ildən bəri təqdim olunan dövri elmi nəşrləri qiymətləndirən beynəlxalq indeksləşdirmə məlumat bazasıdır və dünyada bu sahədə ilk yerlərdən birini tutur.

Qeyd edək ki, uğurlu elmi tədqiqatın əsas şərtlərindən biri də tədqiq edilən problem üzrə etibarlı beynəlxalq elmi mənbələrə çıxışdır və “Index Copernus” bazası alimlərə bu şəraiti yaradır. Jurnalda məqalələr dərc edən alimlərin əsərləri ilə bütün dünya alimləri tanış ola biləcəklər.

Məlumat üçün bildirək ki, “Elm tarixi və elmşünaslıq jurnalı bu bazada Azərbaycandan humanitar və ictimai elmlər sahəsində indeksləşdirilmiş azsaylı nəşrlərdən biridir və jurnal bundan öncə “Assos”, “Advanced Sciences Index”, “Academic Recourse Index” kimi beynəlxalq elmi nəşrlər bazalarında da qeydiyyatdan keçib.

Daha ətraflı məlumatı buradan əldə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: