Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Rəsədxanada gənc alimlər üçün təşkil olunmuş “LaTex” kursunun növbəti seminarı keçirilib
18.01.2022 14:58
  • A-
  • A
  • A+

Rəsədxanada gənc alimlər üçün təşkil olunmuş “LaTex” kursunun növbəti seminarı keçirilib

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında gənc alim və mütəxəssislər üçün təşkil olunmuş “Latex” kursunun növbəti seminarı keçirilib.

Seminarda Şamaxı Astrofizika Rəsədxanasının Elmi nəticələrin işlənməsi və nəşri sektorunun müdiri Cəmilə Tağıyeva “LaTex basics” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışında “LaTex” proqramının onlayn və “soft” formatda iş masasında istifadə qaydalarından danışıb. Proqramın “style” formatı və “usepackage”lərdən istifadə edərək cədvəl qurma, düstur yazma kimi anlayışlar haqqında məlumat verib və proqramda tətbiq edərək seminar iştirakçılarına əyani nümayiş etdirib.

İnteraktiv formada təşkil olunan seminarda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirə aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: