Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.01.2022 11:02
  • A-
  • A
  • A+

Tarix Muzeyində “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv dərslərə start verilib

Tarix Muzeyində “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv dərslərə start verilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı interaktiv dərslərə start verilib.

İnteraktiv dərsdə Bakı-İstanbul liseyinin şagirdləri iştirak edib. Dərs iki hissədən ibarət olub. Birinci hissədə muzeyin Bərpa laboratoriyasının müdiri, t.ü.f.d., dosent Afət Rüstəmbəyova şagirdlərə H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edib, daha sonra H.Z.Tağıyevin ev-muzeyinə təşkil olunan ekskursiyada muzeyin yerləşdiyi bina, H.Z.Tağıyevin ev-muzeyinin arxitekturası haqqında şagirdlərə ətraflı məlumat verilib.

İkinci hissədə isə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən 7-16 yaş qrupu üçün nəzərdə tutulmuş intellektual oyun təşkil olunub. Şagirdlərdə yüksək fəallıq yaradan bu oyun onların müşahidə etmək qabiliyyətini, təsəvvürünü, tarixi keçmişə olan marağını artırır.

Qeyd edək ki, 2021-ci il 9-24 noyabr tarixlərində Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Azərbaycanın tarixi şəxsiyyəti - mesenat H.Z.Tağıyevin anadan olmasının 200 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: