Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.02.2022 12:26
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun əməkdaşı “İlin gənc elmi işçisi” Fəxri fərmanı ilə təltif olunub

Polimer Materialları İnstitutunun əməkdaşı “İlin gənc elmi işçisi”  Fəxri fərmanı ilə təltif olunub

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhərinin ictimai həyatında, təhsil, mədəniyyət və idman sahələrində nailiyyətlərə imza atan bir qrup gəncə Fəxri fərmanlar təqdim olunub.

AMEA-nın Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının elmi işçisi v.i.e., institutun doktorantı Türkan Quliyeva Sumqayıt şəhər İcra Hakimiyyətinin “İlin gənc elmi işçisi” Fəxri fərmanı ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.   

  • Paylaş: