Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tarix Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçiriləcək
13.05.2022 12:02
  • A-
  • A
  • A+

Tarix Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçiriləcək

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 18 may saat 14:00-da Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeyin SABAH-ı” layihəsi çərçivəsində tədbir keçiriləcək.

Layihənin iştirakçıları Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “SABAH” qruplarının müxtəlif sənət ixtisaslarıı üzrə təhsil alan və təhsildə göstəriciləri ilə fərqlənən tələbələridir.

Layihənin məqsədi tələbələrin muzeyin kolleksiyası və binanın möhtəşəm interyerindən ilhamlanaraq öz potensiallarını nümayiş etdirmələri üçün şərait yaratmaq, onların mənəvi zövqünün formalaşmasında önəmli rol oynamaq və muzeyin yaradıcı gənclərlə (icma ilə) əməkdaşlığını genişləndirməkdir.

İştirakçılar həmin gün ərzində canlı şəkildə muzeyin müəyyən olunmuş zallarında ixtisaslarına uyğun olaraq təsviri incəsənət sahələri üzrə əl işlərini hazırlayacaqlar. Beynəlxalq Muzeylər Günü muzeyin ziyarətçiləri yaradıcılıq prosesinin əvvəldən sona qədər şahidi olacaqlar.

Ünvan: Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: