Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının həlledici görüşləri olacaq
17.05.2022 10:04
  • A-
  • A
  • A+

Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının həlledici görüşləri olacaq

Mayın 18-də AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyinə həsr edilən Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının həlledici görüşləri olacaq.

Saat 10:30-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə Geologiya və Geofizika İnstitutunun futbol komandaları 3-cü yer uğrunda mübarizə aparacaqlar.

Saat 11:30-da isə AMEA-nın Rəyasət Heyəti ilə İqtisadiyyat İnstitutunun futbol komandaları qızıl medallar uğrunda üz-üzə gələcəklər.

Saat 12:30-da Akademiyanın gənc alim və mütəxəssislərinin VII institutlararası futbol çempionatının mükafatlandırma mərasimi baş tutacaq.

Ünvan: Bakı ş., Hüseyn Cavid pr., 115 (Akademiya Şəhərciyində yerləşən stadion)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: