Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Dünyada ilk dəfə insanın holoqramı başqa ölkəyə teleportasiya edilib
10.08.2022 09:58
  • A-
  • A
  • A+

Dünyada ilk dəfə insanın holoqramı başqa ölkəyə teleportasiya edilib

Qərbi Ontario Universitetindən olan tədqiqatçılar dünyada ilk dəfə olaraq beynəlxalq holoqrafik teleportasiya icra ediblər.

Alimlər bir şəxsi Alabamadan Ontarioya “göndəriblər”, daha sonra isə layihə üzərində işləyən tələbələrdən hər biri özünü Alabamaya holoqram şəklində teleportasiya edib.

Texnologiya özündə holoqram və teleportasiya kombinasiyasını ehtiva edir. Bu texnologiya insanın və ya istənilən digər obyektin təsvirinin digər bir yerə ötürülməsini nəzərdə tutur. 

Tədqiqatçılar teleportasiyanı həyata keçirmək üçün obyektin holoqrafik təsvirini yaradan xüsusi 3D-kameradan istifadə ediblər. Daha sonra isə o, virtual reallıq şlemi geyinmiş və holoqramı görən insanların gözlədiyi təyinat nöqtəsinə yola düşüb. Bu, teleportasiya olunmuş obyektin həmin insanlar birgə olduğu effektini verib. Hər iki tərəf şlemi geyindikdə isə bu, onların ətraf mühitlə qarşılıqlı əlaqədə olmasına imkan verib.

naked-science.ru

  • Paylaş: