Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim Bağdadda keçirilən tədbirdə iştirak edib
21.11.2022 09:35
  • A-
  • A
  • A+

Şərqşünas alim Bağdadda keçirilən tədbirdə iştirak edib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d. Elnur Mustafayev İraq Respublikasının paytaxtı Bağdad şəhərində Azərbaycan Respublikasının İraqdakı Səfirliyi, İraq Respublikası Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan-İraq dostluq cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Şuşa Azərbaycanın incisidir” mövzusunda tədbirdə iştirak edib.

Azərbaycanlı alim tədbirdə “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa” adlı məruzəsi ilə çıxış edib. E.Mustafayev Şuşa şəhərinin tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri ilə bağlı bir sıra vacib mövzulara toxunduqdan sonra bu şəhərin bütün varlığı və maddi-mədəni irsi ilə Azərbaycan xalqına aid olduğunu qeyd edib.

Şərqşünas alim fürsətdən istifadə edərək mənfur düşmənlərimiz, ermənilərin müxtəlif dövrlərdə - 1905, 1918, 1920, 1992-ci illərdə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətləri və erməni hərbi-siyasi hakimiyyətinin yürütdüyü işğalçılıq siyasəti ilə bağlı müfəssəl məlumatları iraqlı alim və ictimai-siyasi xadimlərin nəzərinə çatdırıb.

Elnur Mustafayev, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin başçılığı ilə müzəffər ordumuzun rəşadət və şücaəti nəticəsində işğal olunmuş torpaqlarımızın geri qaytarıldığını, Azərbaycan dövləti tərəfindən təkbaşına olaraq beynəlxalq təşkilatların bu münaqişə ilə bağlı çıxardığı bəyanatların müddəalarının həyata keçirildiyini və bununla haqq-ədalətin bərpa edildiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: