Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Gənc tədqiqatçı” jurnalının 2022-ci ildə sonuncu sayı işıq üzü görüb
29.12.2022 09:02
  • A-
  • A
  • A+

“Gənc tədqiqatçı” jurnalının 2022-ci ildə sonuncu sayı işıq üzü görüb

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının “Gənc tədqiqatçı” adlı elmi-praktiki jurnalının 2022-ci il üçün nəzərdə tutulan ikinci nömrəsi işıq üzü görüb.

Jurnalın bu sayına AMEA-nın elmi müəssisə və təşkilatlarında, eləcə də respublikanın digər təhsil və tədqiqat müəssisələrində çalışan gənc alim, elmi işçi, doktorant, dissertantların müəllifliyi ilə elmin müxtəlif sahələrinə dair məzmun və elmi səviyyəsi yüksək olan tədqiqat və xülasə tipli məqalələr daxil edilib.

Dövri olaraq ildə iki dəfə çap edilən jurnalın növbəti ildən çap sayının artırılması nəzərdə tutulur. Jurnala məqalə qəbulu elektron formada ilboyu davam edir və 3 dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış məqalələrin qəbulu həyata keçirilir.

Jurnalın tələb, qaydaları və yeni sayı ilə gencalimler.az saytından tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: