Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.02.2023 14:10
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu – Son perioddakı maksimum sinifli alışma fevralın 15-i saat 09:23 də 3213 oblastında baş vermiş M 2.69 sinifli alışma olub. Günəşin səthində 10 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 140-dır. 3220 oblastında 15 fevral saat 05:18-də baş vermiş alışma ilə əlaqədar qismən Yerə istiqamətlənmiş CME (Caronal Mass Ejections - Tac Kütlə Atılmaları) halosu qeydə alınmışdır.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və zəif  səviyyədə, 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalmışdır.

Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, hesabat dövründə Günəş küləyinin parametrləri normal səviyyədə olub. Günəş küləyinin sürəti 390.8 km/san olub. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Tac Kütlə Atılmalarının təsiri ilə güclənərək Yer orbitində 20.39 nT-ə çatmış, radial istiqamətdə isə 0.74 nT olub.

Geomaqnit sahə, son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olub. Hal-hazırda geomaqnit sahə sakitdir (3 Kp).

Kosmik hava proqnozu – Proqnoz günlərində (16 - 18 fevral) Günəşdəki aktivliyin artacağı olacağı gözlənilir. M sinif alışmanın baş verməsi ehtimalı 35%, X sinif isə 7% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə  orta və ya zəif səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 18 fevrala kimi fon səviyyəsində qalacağı gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı 1% təşkil edir.

R1-R2 sinif radiosiqnalların kəsilmə ehtimalı 35%, R3 sinif isə 7% təşkil edir.

Proqnoz dövründə (16-18 fevral) geomaqnit sahənin aktiv olacağı gözlənilir. Bu gün G1 səviyyəli geomaqnit qasırğası qeyd olunub (5 Kp). 17 fevral tarixində də G1 səviyyəli qasırğa davam edəcək, fevralın 18-i isə geomaqnit qasırğasının G2 səviyyəsinə yüksələcəyi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: