Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.09.2024 15:16
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda qazaxıstanlı dilçi alimlərlə görüş keçirilib

Dilçilik İnstitutunda qazaxıstanlı dilçi  alimlərlə görüş keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda qazaxıstanlı alimlərlə görüş keçirilib.

Görüşdə Qazaxıstanın Baytursunlu adına Dil və Ədəbiyyat İnstitutunun “Fonetika bölmə”sinin baş araşdırmaçısı akademik Zeynəb Bazarbayeva, elmlər doktorları Aysaule Amanbayeva, Zhanar Zhumbayeva, Aynur Karşıgayeva və gənc tədqiqatçı Nazgül Ospangaziyeva iştirak ediblər.

Tədbirdə Nazgül Ospangaziyevanın “Tarixi fonoloji: türk dillərinin vokalizm və konsonantizm sistemi” adlı məruzəsi dinlənilib.

Görüş çərçivəsində Baytursunlu adına Dil və Ədəbiyyat İnstitutu ilə Dilçilik İnstitutu arasında əlaqələrin möhkəmləndirilməsi, dilçiliyin bəzi sahələri-korpus dilçiliyi, fonetika laboratoriyaları, müqayisəli fonoloji araşdırmalar ətrafında müzakirə aparılıb.

Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli dilçilik elminin inkişafı istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. O, Azərbaycan-Qazaxıstan elmi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra Qazax alimləri Türk dilləri şöbəsində olublar. Şöbənin elmi-tədqiqat işlərilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: