Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA və TÜBİTAK birgə müsabiqə elan edir
15.09.2022 16:04
  • A-
  • A
  • A+

AMEA və TÜBİTAK birgə müsabiqə elan edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilir (Call for proposals). Müsabiqə üçün ərizə forması (Application form).

Müsabiqə 25 avqust 2022-ci il tarixindən 25 noyabr 2022-ci il tarixinə qədər açıqdır. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.

Azərbaycan tərəfindən layihə rəhbəri layihə təkliflərini 25 noyabr 2022-ci il tarixinə qədər esmira.alirzayeva@science.az email ünvanına göndərməli, 2 dekabr 2022-ci il tarixinə qədər imzalanmış sənədləri AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə (İstiqlaliyyət küç. 30, AZ1001, Bakı) təqdim etməlidir.

Əlavə məlumat üçün http://bei.science.gov.az/en/content/8 və ya (99412) 4923446 müraciət edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: