Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.06.2021 14:23
  • A-
  • A
  • A+

Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının növbəti iclası keçirilib

Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının növbəti onlayn iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, problem şurasının sədri, akademik İradə Hüseynova açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. O, elmi-tədqiqat işlərinin mövzularına diqqətlə baxılması və lazımi qərarların verilməsi üçün bütün işlərin görüldüyünü, müvafiq seksiyaların işinin yüksək səviyyədə təşkil edildiyini, dissertasiyaların yerinə yetirildiyi təşkilatlarla sıx əlaqələrin yaradıldığını diqqətə çatdırıb.

Sonra problem şurasının elmi katibi, AMEA-nın Botanika  İnstitutunun Mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva dissertasiya mövzularının təsdiqi üçün 31 işin (biologiya üzrə 15, aqrar elmlər üzrə 8, tibb üzrə 8 iş) müzakirəyə çıxarıldığını bildirib.

Daha sonra D.Ağayeva biologiya elmləri, problem şurasının sədr müavini, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq meliorasiyası laboratoriyasının müdiri, aqrar elmləri doktoru Mustafa Mustafayev aqrar elmləri, Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru, dosent Rasim Cəfərli isə tibb üzrə dissertasiya mövzularını təqdim ediblər.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev, Azərbaycan Tibb Universitetinin Histologiya, embriologiya, sitologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Eldar Qasımov, Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Elman İsgəndər, Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Cavanşir Təlai, Genetik Ehtiyatlar İnstitutunun Meyvə bitkiləri şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mirzə Musayev və başqaları iştirak ediblər.

Biologiya üzrə müzakirəyə çıxarılmış 15, aqrar elmlər üzrə 6, tibb üzrə 7 iş müsbət qiymətləndirilərək qəbul olunub, digər mövzular təkrar baxılmaq üçün geri qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: