Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da magistrlik dissertasiyalarının müdafiəsi yekunlaşıb
21.06.2021 15:17
  • A-
  • A
  • A+

AMEA-da magistrlik dissertasiyalarının müdafiəsi yekunlaşıb

Məlum olduğu kimi, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 17 may 2021-ci il tarixli “AMEA-nın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” sərəncamına əsasən dissertasiya işlərinin müdafiəsi 2021-ci il may ayının 25-dən iyun ayının 20-dək nəzərdə tutulub. Müvafiq ixtisaslar üzrə yaradılmış 26 ixtisaslaşdırılmış şurada 22 ixtisas üzrə 119 magistrant dissertasiya işini müdafiə edib.

Qeyd edək ki, müəyyən olunmuş qrafikə əsasən magistr dissertasiyalarının müdafiəsi AMEA-nın Fizika, İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika, Neft və Qaz, akademik H.Əliyev adına Coğrafiya, Botanika, Fiziologiya, Molekulyar Biologiya və Biotexnologiyalar, Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Dilçilik, Tarix, Arxeologiya və Etnoqrafiya, Fəlsəfə və Sosiologiya, İqtisadiyyat institutlarında keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: