Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Yüksək Texnologiyalar Parkında yeni layihələrin təqdimatına həsr olunmuş tədbir keçiriləcək
07.07.2021 15:03
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkında yeni layihələrin təqdimatına həsr olunmuş tədbir keçiriləcək

İyulun 8-də AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) icra olunan yeni layihələrin təqdimatına həsr olunmuş tədbir keçiriləcək.

İclasda YT Parkın baş plan layihəsi, eləcə də texnoparkın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin layihələri təqdim olunacaq.

Tədbir çərçivəsində texnopark ərazisində və AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin laboratoriyasında görülmüş işlərə baxış keçiriləcək. Həmçinin texnoparkın rezidenti olan “TAK NOOSH GROUP” MMC-nin istehsal sahəsinin təməlqoyma mərasimi, eləcə də “İntertek” şirkətinin laboratoriyasının və YT Parkın rezidenti olan “Bakı Polimer İstehsalat” MMC-nin istehsalat müəssisəsinin açılışı, AMEA Təcrübə-Sənaye Zavodunun istehsal sahəsi və mərkəzi anbarının təqdimatı nəzərdə tutulur.

Tədbirdə biznes inkubasiya rezidentliyi müsabiqəsinin qalibi də mükafatlandırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: