Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

COVID-19-un hamilə qadınlara təsiri tədqiq olunub
07.09.2020 09:45
  • A-
  • A
  • A+

COVID-19-un hamilə qadınlara təsiri tədqiq olunub

Türkiyəli alimlər COVID-19 testi pozitiv çıxan hamilə qadınlar üzərində tədqiqat aparıblar.

medimagazin.com.tr saytı xəbər verir ki, “Avropa Pediatriya Jurnalı”nda nəşr olunmuş tədqiqat işi yenidoğulmuşlarla bağlı aparılan ən əhatəli araşdırmalardan biri hesab olunur.

Tədqiqatın nəticələrinə görə, COVID-19-a yoluxmuş 125 hamilədə erkən doğum, qeysəriyyə və düşük ehtimalı yüksək olub. Tədqiqata cəlb olunan 125 qadından 8-i (6,4%) reanimasiyaya yerləşdirilib, 6 qadın həyatını itirib. Körpələrdən 5-ini isə xilas etmək mümkün olub.

  • Paylaş: