www.science.az
25.09.2020 17:57

“Elm” qəzetinin yeni sayı nəşr olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 14-cü nömrəsi çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxışı yer alıb.

Mətbu orqanın növbəti səhifələrində AMEA-da aparılan bərpa və yenidənqurma işləri ilə tanışlıq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Respublika Seysmoloji Xidmət Mərkəzinə ziyarəti, Milli Transliterasiya Sisteminin və "Transliterasiya" veb-portalının onlayn təqdimatı, Humanitar və İctimai Elmlər Bölməsinin, həmçinin Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının iclası və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın akademiyanın Yüksək Texnologiyalar Parkına səfəri öz əksini tapıb.

Qəzetdə, həmçinin Biofizika İnstitutunda aparılan tədqiqatlar, Arsak toponimi ilə bağlı real faktlar, Meşələrin qorunmasına dair layihənin müzakirəsi, Bakıda iynəyarpaqlı ağacların qurumasının səbəbləri və yeni nəşrlər haqqında məlumatlarla da tanış ola bilərsiniz.

12 səhifəlik qəzetdə, o cümlədən rus dilində maraqlı yazılar da yer alıb.

Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan “Elm” qəzetinin baş redaktoru Mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.