Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Vikipedia” azad ensiklopediyasında yeni məqalələr yaradılıb
30.09.2020 14:06
  • A-
  • A
  • A+

“Vikipedia” azad ensiklopediyasında yeni məqalələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən “Virtual Elektron Fəaliyyət Cəmiyyəti”nin əməyi nəticəsində Azərbaycan dilində “Vikipedia” azad ensiklopediyasında bir sıra zəruri məqalələr yaradılıb.

Bu barədə AMEA prezidentinin köməkçisi, “Virtual Elektron Fəaliyyət Cəmiyyəti”nin sədri, fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikov məlumat verib. Alim və tədqiqatçılar üçün zəruri sayılan ORCID səhifəsi Azərbaycan dilində yaradılıb (https://az.wikipedia.org/wiki/ORCID). Burada alim və tədqiqatçıları bənzərsiz olaraq tanıdan 16 rəqəmli koddan ibarət beynəlxalq sistemin mahiyyəti, faydası və onun necə əldə edilməsi barədə məlumatlar öz əksini tapıb. Həmçinin onun rəsmi saytı göstərilərək azərbaycanlı tədqiqatçı alimlərin ondan necə yararlanacaqları haqqında məlumatlar qeyd olunub.

AMEA-nın Biofizika İnstitutunun direktoru vəzifəsini icra edən, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Qasımov haqqında yaradılıb. (https://az.wikipedia.org/wiki/Oqtay_Qas%C4%B1mov_(professor)).

Yaponiyanın hazırkı baş naziri Yoşihide Suga haqqında məqalə yaradılıb (https://az.wikipedia.org/wiki/Yo%C5%9Fihide_Suga).

Həmçinin iqtisadiyyat sahəsində bir sıra şəxsiyyətlər, eləcə də terminlər haqqında - "Bazar (iqtisadiyyat)", "Bazar quruluşu", "Oliqopsoniya", "Rəqabət (iqtisadiyyat)", "Qeyri-mükəmməl rəqabət", "Edvard Çemberlin", "Mark Blauq", "Asyento", "Dövlət inhisarı", "Cənub dənizlər şirkəti", "Ferdinando Qaliani", "Rudolf Hilferdinq", "Xarici təsir", "Ətraf mühitin iqtisadiyyatı", "Milli iqtisadi tədqiqatlar bürosu", "Faiz dərəcəsi", "Adaptiv gözləntilər", "Rasional gözləntilər" və "Hiperinflyasiya" mövzularında cəmiyyətin əməkdaşı Nuray Tanrıverdiyeva tərəfindən məqalələr hazırlanıb və yaradılıb.

Qeyd edək ki, “Virtual Elektron Fəaliyyət Cəmiyyəti”nin əsas istiqamətləri Azərbaycanın zəngin mədəni və elmi irsininin təbliği və dünyaya çatdırılmasıdır. Bununla əlaqədar olaraq  bir sıra məqalələrin xarici dillərə tərcümə edilərək “Vikipedia”nın xarici dillər bölmələrinə yerləşdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: