Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın hərb tarixinə dair yeni kitab çap olunub
09.10.2020 12:35
  • A-
  • A
  • A+

Azərbaycanın hərb tarixinə dair yeni kitab çap olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, dosent Səbuhi Əhmədovun “Azərbaycanın hərb tarixi. 3-cü hissə. Azərbaycan Səfəvi dövlətinin XVI-XVII əsrlərdə müharibələri və hərb sənəti” adlı kitabı rus dilində nəşr edilib.

Muzeydən bildiriblər ki, “Azərbaycan hərb tarixi” kitabı Silahlı Qüvvələrin Hərbi Akademiyasında 7 cilddə hazırlanır. Layihənin rəhbəri və elmi redaktoru ehtiyatda olan 1-ci dərəcəli kapitan, professor Nurulla Əliyevdir. Layihəyə əsasən, kitabın hər cildi ayrı-ayrı müəlliflər tərəfindən hazırlanaraq ümumilikdə ən qədim dövrlərdən bu günə qədər Azərbaycan hərb sənətinin inkişafını əks etdirməlidir. Hər cild Azərbaycan, rus və ingilis dillərində hazırlanır. İndiyədək kitabın 1-ci və 2-ci cildləri işıq üzü görüb.

Nəşrin 3-cü cildində XVI-XVII əsr Azərbaycan hərb tarixinin aktual məsələlərinə nəzər yetirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: