Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb
26.10.2020 10:46
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 18-ci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun sentyabrın 27-dən oktyabrın 22-dək işğaldan azad etdiyi 143 yaşayış məntəqəsinin adı əksini tapıb.

Mətbu orqanın növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ordumuzun apardığı anti-terror əməliyyatlarına dair açıqlaması, akademiklər İsa Həbibbəyli, Rasim Əliquliyev və Gövhər Baxşəliyevanın ordumuza dəstək çıxışları ilə tanış ola bilərsiniz.

Bundan əlavə, qəzetdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova ilə koronavirus pandemiyası dövründə bioloq alimlərin əsas fəaliyyət istiqamətləri mövzusunda, eləcə də Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini icmasının sədri Robert Mobili ilə müsahibələr, AMEA-nın elmi müəssisə və təşkilatlarının Silahlı Qüvvələrin Yardım Fonduna köçürdüyü vəsait, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Oqtay Səmədov və Fizika İnstitutunun alimlərinin ölkə başçısına ünvanladığı məktublar, dünyaca məşhur akademik Roald Saqdeyevin və Beynəlxalq Slavyan Akademiyasının prezidenti Sergey Baburinin Ermənistanın işğalçılıq siyasətini pisləyən açıqlamaları oxuculara təqdim olunur.

Eyni zamanda, “XIX əsrin axırlarında İrəvan şəhərinin Azərbaycan mühiti və məhəllə adları”, “Əlyazmalar xəzinəsi və məşhur şərqşünaslar”, “Dağıdılan tarixi abidələr erməni vandalizminin əyani sübutudur”, “Müasir elmin inkişafında multidissiplinarlıq prinsipi” sərlövhəli məqalələr, yeni nəşrlər və digər xəbərlər də nəşrdə əksini tapıb.

16 səhifəlik qəzetdə, o cümlədən rus dilində maraqlı yazılar da yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: