Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Biologiya və Tibb Elmləri Bölməsinin alimləri nüfuzlu topluda 4 fəslin müəllifi olublar
30.04.2021 20:38
  • A-
  • A
  • A+

Biologiya və Tibb Elmləri Bölməsinin alimləri nüfuzlu topluda 4 fəslin müəllifi olublar

AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar, Zoologiya, eləcə də Naxçıvan Bölməsinin Bioresurslar institutlarının alimlərinin 4 elmi əsəri 2021-ci ildə “Springer” nəşriyyatında çapdan çıxmış iri həcmli “Asiyada biomüxtəliflik, mühafizə və davamlılıq. Cild 1: Qərbi Asiya və Qafqazda perspektivlər və çağırışlar” (Biodiversity, Conservation and Sustainability in Asia. Volume 1: Prospects and Challenges in West Asia and Caucasus) toplusunda ayrıca fəsillər şəklində yer alıb.

Toplunun elmi redaktorları tanınmış türkiyəli alimlər - prof. Dr. Münir Öztürk, prof. Dr. Volkan Altay və prof. Dr. Rəcəb Efe olublar. Kitab əsasən Qərbi Asiya və Qafqazın (Türkiyə, Rusiya, Fələstin, Gürcüstan, İran, Azərbaycan) biomüxtəlifliyinin müasir vəziyyətinə, mühafizəsi və davamlı istifadəsinə həsr edilib.

Azərbaycanın bioloji müxtəlifliyi ilə bağlı fəsillər aşağıda şəkildə verilib:

- Səyyarə İbadullayeva, İradə Hüseynova. Azərbaycanın bitki müxtəlifliyinə baxış (431-478 s.);

- Zeynal Əkpərov, Aydın Əsgərov, Afiq Məmmədov. Azərbaycanın aqrobiomüxtəlifliyi (479-499 s.);

- Elman Yusifov, Elşad Əhmədov. Azərbaycanın fauna müxtəlifliyi (501-525 s.);

- Ənvar İbrahimov. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının florasında Crataegus (Rosaceae) cinsi (527-547 s).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: