“Elm və Təhsil” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyevanın “Azəbaycanın rusdilli dövri mətbuatının tarixindən (1871-1918)” monoqrafiyası işıq üzü görüb.
Monoqrafiya Azərbaycanda rusdilli mətbuatın təşəkkül və inkişaf tarixinin kompleks şəkildə, hərtərəfli öyrənilməsinə, təhlilinə və ümumiləşdirilməsinə həsr olunan ilk peşəkar araşdırmadır. Monoqrafiyanın əsas məqsədi XIX əsrin ilk qərinəsində Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalı nəticəsində baş vermiş ictimai-siyasi dəyişikliklər fonunda bölgədə rusdilli mətbuatın yaranmasının və yayılmasının ilkin şərtlərini aydınlaşdırmaq, onun təşəkkül və inkişaf qanunauyğunluqlarını aşkarlamaq, çar Rusiyasının əyalət mətbuatı ilə bağlı siyasətinin özəlliklərini nümayiş etdirməkdir.
Monoqrafiyanın elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Şamil Vəliyevdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.