Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik İsmayıl Hacıyevin biblioqrafik göstəricisi hazırlanıb
22.06.2021 15:30
  • A-
  • A
  • A+

Akademik İsmayıl Hacıyevin biblioqrafik göstəricisi hazırlanıb

Mərkəzi Elmi Kitabxana tərəfindən AMEA-nın Naxçıvan Bölməsinin sədri, tarix elmləri doktoru, akademik İsmayıl Hacıyevin biblioqrafik göstəricisi hazırlanıb və “Elm” nəşriyyatında çap olunub.

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru tarix elmləri doktoru, professor Oktay Sultanov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı, tərtibçiləri dosentlər Emin Şıxəliyev, Samir Quliyev və Biblioqrafiya şöbəsinin biblioqrafı Türkan Vahidovadır.

Naxçıvan Bölməsinin sədri, akademik  İsmayıl Hacıyevin biblioqrafiyası onun 1975-2020-ci illərdəki elmi və ictimai fəaliyyətini əks etdirir. Biblioqrafiyaya alimin Azərbaycan və xarici dillərdə çap olunmuş monoqrafiya, kitab, elmi konfrans, simpozium materialları və dövri mətbuatda dərc edilmiş məqalələri daxil edilib.

Biblioqrafiyada akademik İsmayıl Hacıyevin həyat və fəaliyyətinə dair oçerklər, elmi-pedaqoji və ictimai fəaliyyəti, həmçinin alimin yaradıcılığını əks etdirən materiallar müvafiq bölmələrdə  xronoloji ardıcıllıqla verilib.

Biblioqrafik göstəriciyə akademikin elmi redaktə işləri, ön söz yazdığı, rəy verdiyi və məsləhətçisi olduğu kitab və monoqrafiyalar, elmi rəhbəri, məsləhətçisi və opponenti olduğu dissertasiyalar, həyatı və elmi-ictimai fəaliyyəti haqqında olan məlumatları əks etdirən bölmələr də daxil edilib.

Göstəricidən istifadəni asanlaşdırmaq məqsədi ilə soraq-axtarış aparatı hazırlanıb və əlifba sırası ilə düzülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: