Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çapa qəbul olunub
31.07.2021 12:29
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çapa qəbul olunub

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin əməkdaşlarının (İradə Hüseynova, Aytən Ağayeva və Stephen Streatfield) birgə tədqiqat işinin nəticələrinin əks olunduğuAZ-130 strain from oil-contaminated soil of Azerbaijan: isolation, antibacterial screening and optimization of cultivation conditionsadlı məqaləsi “Web of Science”, “Scopus” və “RSCİ” bazalarında indeksləşən nüfuzluMicrobiologyjurnalında çapa qəbul edilib. Sözügedən jurnalın impakt faktoru 1,156-dır.

Məqalə Azərbaycanın neftlə çirklənmiş torpaqlarından AZ-130 ştammının izolyasiyası, antibakterial fəallığı və antibakterial birləşmənin yüksək miqdarda sintezi üçün ştammın qida mühitinin optimallaşdırılmasına həsr edilib. Eyni zamanda AZ-130 ştammda sintez olunan birləşmələrin ştammdan toplanmış supernatant HPLC metodu vasitəsilə analiz edilib. AZ-130 ştammının göstərdiyi güclü antibakterial fəallığın bir molekul tərəfindən təmin edildiyi müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: