Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin COVID-19-a qarşı hazırladığı peyvəndlə bağlı məqaləsi nüfuzlu "Viruses" jurnalında dərc olunub
13.08.2021 10:28
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin COVID-19-a qarşı hazırladığı peyvəndlə bağlı məqaləsi nüfuzlu "Viruses" jurnalında dərc olunub

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun həmməüllifi olduğu məqalə nüfuzlu “Viruses” jurnalında dərc olunub.

“1 il 6 ay ərzində apardığımız tədqiqatların nəticəsi olaraq COVID-19-a qarşı hazırladığımız 2 peyvəndlə bağlı araşdırmaları əhatə edən məqaləmiz nüfuzlu jurnalda nəşr olunub”, - deyə T.Məmmədov bildirib.

“Plant-Produced Glycosylated and In Vivo Deglycosylated Receptor Binding Domain Proteins of SARS-CoV-2 Induce Potent Neutralizing Responses in Mice” adlı məqalə ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, “Viruses” jurnalının impakt faktoru 5.2-yə bərabərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: