Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər bağırsaq bakteriyalarının beyini cavanlaşdırdığını müəyyən ediblər
03.09.2021 11:56
  • A-
  • A
  • A+

Alimlər bağırsaq bakteriyalarının beyini cavanlaşdırdığını müəyyən ediblər

Bağırsaq bakteriyaları yalnız həzmə və maddələr mübadiləsinə təsir etmir, o, ümumilikdə bütün orqanların, o cümlədən beyinin işində rol oynayır. Bir çox tədqiqatçılar yuxunun mikrofloradan asılı olduğunu, digərləri bakteriyaların yeni neyronların meydana çıxmasına kömək etdiyini, düzgün seçilmiş mikrobların autizmin simptomlarını yüngülləşdirdiyini bildirirlər.

Bu yaxınlarda Kork Universitet Kollecinin əməkdaşları "Nature Aging" jurnalında dərc olunmuş tədqiqat işində bakteriyaların köməyi ilə beyini cavanlaşdırmağın mümkünlüyünü bildiriblər.

Siçanlar üzərində aparılan sınaqlar zamanı 8 həftə ərzində həftədə iki dəfə olmaqla gənc siçanların ifrazatları xüsusi məhlul şəklində qida borusunun köməyi ilə yaşlı siçanların bağırsaqlarına keçirdilib. Gənc siçanların mikroflorasının olduğu kimi yaşlı siçanlara köçürülməsi ilə yaşlı siçanların davranışı dəyişib. Məsələn, onları labirintə buraxanda, onlar daha sürətlə labirintdən çıxış yolu tapıblar və gələn dəfə labirintdən çıxmağın yolunu daha yaxşı yadda saxlayıblar. Başqa sözlə, yaşlı siçanların yaddaşı və öyrənmə qabiliyyəti yaxşılaşıb.

Tədqiqatçılar siçanların beynində yaddaşın əsas mərkəzlərindən biri olan hippokampına baxdıqda məlum olub ki, hippokamp sözün əsl mənasında cavanlaşıb: o, hüceyrə və molekulyar səviyyədə gənc siçanlarda olduğu kimi görünməyə başlayıb.

Mədə-bağırsaq mikrobları müxtəlif maddələri ayırırlar, bu maddələr, həmçinin sinir sisteminə təsir edir. Bakteriyanın özləri də orqanizmdən müxtəlif molekulyar siqnalları qəbul edirlər. Orqanizm qocaldıqca mikroflora da onunla birlikdə dəyişir. Alimlərin fikrincə, "gənc" bakteriyaların köməyi ilə yalnız beyini deyil, digər orqanları da cavanlaşdırmaq mümkün ola bilər.

nkj.ru

  • Paylaş: