Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.09.2021 14:45
  • A-
  • A
  • A+

AMEA-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanında 60-dan çox namizəd iştirak edib

AMEA-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanında 60-dan çox namizəd iştirak edib

Sentyabrın 10-da AMEA-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

Koronavirus pandemiyası şərtləri nəzərə alınaraq imtahanlar AMEA-nın Mərkəzi Elmi Kitabaxanasının (MEK) binasında müxtəlif saatlarda (saat 10:00, 12:00 və 14:00-da) baş tutub.

“Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplayanlar, eyni zamanda, DİM tərəfindən beynəlxalq dil sertifikatı təsdiqlənmiş namizədlər iştirak ediblər. 

AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov imtahanların gedişi ilə yaxından tanış olub.

5 üzvdən ibarət imtahan komissiyasının sədri, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə çıxış edərək iddiaçılara uğurlar arzulayıb. Alim elmin inkişafının fəlsəfəsiz mümkün olmadığını qeyd edərək, bu sahənin dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu, alim və tədqiqatçılara araşdırma apararkən metodoloji cəhətdən mühüm nailiyyətlər əldə etməyə imkan verəcək.

Komissiya sədri imtahana hazırlıq üçün proqramların təqdim olunduğunu bildirib, namizədlərə hazırlaşmaları üçün hər cür imkanın yaradıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, imtahanlarda ümumilikdə 60-dan çox namizəd iştirak edib. Fəlsəfə fənnindən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: