Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb
24.09.2021 16:02
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 32-ci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş Qarabağda aparılan quruculuq işlərinə dair xülasə yer alıb.

Nəşrin növbəti səhifələrində yeni çap olunan “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək” kitabı, “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda simpozium, AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri elmi həftəsi” çərçivəsində keçirilən tədbirlər, “Dissertasiya mövzularının reyestri” sisteminin təqdimatı, akademik İradə Hüseynovanın YTP-nin rezidenti “Tak Noosh Group” MMC-nin direktoru ilə görüşü, Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə və s. məlumatlar əksini tapıb.

Bundan əlavə, “Böyük qayıdışın şah əsəri – Şuşa”, “Azərbaycanı qələbəyə aparan gündən 1 il ötür”, “Ölkəmizdə elmin inkişaf səviyyəsi dünya elminə inteqrasiya dərəcəsi ilə müəyyən olunur”, “Türk ədəbiyyatı”ndan “Nizami Gəncəvi İli”nə töhfə”, “Vətən müharibəsi fatehlərinin zəfər triumfu – Şuşa”, “Vətəni uğrunda savaşıb şəhid olanlar qara torpağa deyil, qəlblərə gömülür”, “Tarixi qələbə”, “Həsrətin sonu” sərlövhəli məqalələr, nəşrlər, müsabiqələr və s. informasiyalar oxuculara təqdim olunur.

16 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: