Avropa Şurasının Bioetika Komitəsinin (DH-BIO) plenar iclası keçirilib. İclasda Azərbaycanı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. İsmayil Zülfüqarov təmsil edib.
İclasda psixi sağlamlıq müəssisələrində könüllü tədbirlərin təşviqinə yönəlmiş müsbət təcrübə nümunələrinin toplanılması, psixi sağlamlıq müəssisələrinə məcburi yerləşdirmə və məcburi müalicə ilə bağlı şəxslərin insan hüquqlarının və ləyaqətinin qorunmasına dair Əlavə Protokol, sağlamlıq savadlılığı, genom redaktə texnologiyaları, öz sağlamlıqları ilə bağlı məsələlərə dair qərarların qəbulunda uşaqların iştirakı, aztapılan səhiyyə resurslarına ədalətli çıxış, süni intellekt, genomik tibb üzrə dialoqun təşviqi, büroya seçkilər və bir sıra digər təşkilati məsələlər istiqamətində müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.