Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Süni intellekt sayəsində yeni planetlər aşkar edilib
15.11.2021 14:12
  • A-
  • A
  • A+

Süni intellekt sayəsində yeni planetlər aşkar edilib

İsveçrə alimləri süni intellektlə bağlı yeniliyə imza atıblar.

Cenevrə Universitetinin astronomları işıq axınının daimi izlənməsi sayəsində ekzoplanetləri aşkar ediblər.

Mexanizm ilk baxışda sadədir: planet öz ulduzu ilə Yerin arasından keçdikdə o, öz ulduzunun bir hissəsini örtür. İşığın azalmasını hesablayaraq yeni planeti, hətta onun diametrini də müəyyən etmək mümkün olur. Bunun üçün də təsvirləri tanıyan süni intellekt tətbiq edilir.

Astronomlar bir neçə həftədə bu yolla 2 yeni ekzoplanet aşkar edərək, onları “Kepler 1705b” və “Kepler 1705c” adlandırıblar.

eurekalert.org

  • Paylaş: