Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” (“Nauka”) qəzetinin cari ildə ilk sayı çap olunub
14.01.2022 11:56
  • A-
  • A
  • A+

“Elm” (“Nauka”) qəzetinin cari ildə ilk sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin 2022-ci ildə ilk sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində ölkə başçısının “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında”M.Ə.Salmanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında” sərəncamları yer alıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müharibə iştirakçıları və şəhid ailələri ilə görüşü, 2021-ci ildə AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə edilən mühüm nəticələr, “Ölkəmizdə davamlı inkişafla bağlı həyata keçirilən uğurlu siyasət və onun nəticələri”, “20 Yanvar - Qanla yazılan azadlıq tariximiz”, “44 günlük Zəfər yolu” sərlövhəli məqalələr, yeni nəşrlər, yubileylər, elanlar və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: