Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayında “Teknofest Azərbaycan” festivalı ilə bağlı məqalələr yer alıb
28.05.2022 21:37
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayında “Teknofest Azərbaycan” festivalı ilə bağlı məqalələr yer alıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri yer alıb.

Bundan əlavə, AMEA-nın “Teknofest Azərbaycan” festivalında iştirakı, nümayiş etdirilən elmi-texnoloji nailiyyətləri, akademik Arif Həşimovun Azərbaycanda səfərdə olan bir qrup xarici alimlə görüşü, Azərbaycanda ilk dəfə keçirilən 13-cü Beynəlxalq Termal Mühəndislik konfransı, eləcə də “Müsəlman Şərqində ilk demokratik respublika”, “Aşqarlar kimyası sahəsində elmi məktəbin yaradıcısı”, “Ömrünü Azərbaycan aqrar elminin tərəqqisinə həsr etmiş alim”, “Dövlətimizin müstəqilliyi ölkəmizin tərəqqisinin qarantıdır”, “Elmə həsr olunmuş mənalı ömür yolu” sərlövhəli məqalələr və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: