Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının iclası keçirilib
17.06.2022 11:35
  • A-
  • A
  • A+

Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının Tibb işçi qrupu ilə birgə iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

İclasda tibb üzrə 15 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları AMEA-nın müxbir üzvü Nuru Bayramov, t.e.d. Rasim Cəfərli və t.ü.f.d. Aynur Safıyeva tərəfindən təqdim edilib.

Müzakirələrdə AMEA-nın müxbir üzvü İlham Şahmuradov, t.e.d., prof. Eldar Qasımov, t.e.d., prof. Valeh Mirzəzadə,  t.e.d., prof. Emma Ağayeva, t.e.d., prof. Nizami Bağırov, t.e.d. Sayman Qədimova, b.e.d., prof. Səyyarə İbadullayeva, b.e.d., prof. Rövşən Xəlilov və başqaları fəal iştirak ediblər.

Müzakirəyə çıxarılan 10 bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, 5 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

Qeyd edək ki, aparılan müzakirələrdə, həmçinin iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: