Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının 8-ci iclası keçirilib
18.07.2022 23:10
  • A-
  • A
  • A+

Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının 8-ci iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova “Zoom” proqramı üzərindən keçirilən iclası açaraq gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

İclasda tibb üzrə 15 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları t.e.d. Rasim Cəfərli və t.ü.f.d. Aynur Safıyeva tərəfindən təqdim edilib.

Müzakirələrdə Problem şurasının, Tibb işçi qrupunun üzvləri (t.e.d., prof. Eldar Qasımov, t.e.d., prof. Valeh Mirzəzadə,  t.e.d., prof. Emma Ağayeva, t.e.d., prof. Nizami Bağırov, t.e.d. Sayman Qədimova və b.), iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

Müzakirəyə çıxarılan 10 bəzi mövzuların adında dəyişikliklər edilməklə təsdiq edilib, 5 iş təkrar baxılmaq üçün geri qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: