Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.09.2022 16:49
  • A-
  • A
  • A+

“Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans öz işini davam etdirir

“Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans öz işini davam etdirir

Məlum olduğu kimi, 22-23 sentyabr 2022-ci il tarixlərində AMEA-nın təşkilatçılığı ilə “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilir.

Sentyabrın 22-də AMEA-nın Əsas binasında tədbirin rəsmi açılış mərasimi baş tutub. Daha sonra konfrans işini plenar iclaslarla davam etdirib.

Plenar iclaslarda akademik Fəxrəddin Qədirov “Qarabağın geoloji öyrənilməsi: qısa tarix və tədqiqatların inkişaf strategiyası”, AMEA-nın müxbir üzvü Çingiz Əliyev “Qarabağın azad edilmiş ərazilərində radioekoloji tədqiqatlar”, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Qarabağ bölgəsi üçün yeni buğda sortlarının yaradılması və ərzaq təhlükəsizliyinin təminatı”, professor Ulduz Həşimova “Şuşa və ətraf ərazilərdə uzunömürlülük problemi”, professor Səyyarə İbadullayeva və b.ü.f.d. Elman Yusifov “Şərqi Zəngəzurun şimal hissəsinin bitkiçiliyi” mövzusunda məruzələrlə çıxış ediblər. Həmçinin a.e.ü.f.d. Ələddin Eyvazovun “İşğaldan azad edilmiş ərazilərin fauna müxtəlifliyinin monitorinqi”, f.-r.ü.f.d. Cavid Abdullayevin “İşğaldan azad edilmiş ərazilər üçün “yaşıl” enerji konsepsiyası və biomüxtəlifliyin qorunması: nəzəri və praktik aspektlər” və Rafiq Verdiyevin “İşğaldan azad edilmiş ərazilərin su ehtiyatı” adlı təqdimatları dinlənilib.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, beynəlxalq konfrans iştirakçılarının sentyabrın 24-də Şuşa şəhərinə səfəri nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: