Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

10.05.2023 11:25
  • A-
  • A
  • A+

“Elm” qəzetinin Ulu Öndərin 100 illik yubileyinə həsr olunan xüsusi buraxılışı çapdan çıxıb

“Elm” qəzetinin Ulu Öndərin 100 illik yubileyinə həsr olunan xüsusi buraxılışı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi buraxılışı çapdan çıxıb.

Qəzetin bu sayında AMEA-nın Ümumi yığıncağının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasının materialları yer alıb.

Belə ki, xüsusi buraxılışda AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin, Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkərin, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Siracəddin Mirzayevin, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Yüksel Özgenin, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanovun, Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metrevelinin, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti, professor Əhməd Nuri Yurdusevin, AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyevanın və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədrinin müavini, f.ü.f.d. Şəfa Əliyevanın çıxışları və yeni nəşrlər oxuculara təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: