Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu elmi əlaqələrini inkişaf etdirir
05.06.2023 09:19
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu elmi əlaqələrini inkişaf etdirir

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fotobioentrgetika laboratoriyasının müdiri, b.e.d. Yaşar Feyziyev və kiçik elmi işçi P.Səfərova və Türkiyənin Dokuz Eylül Universitetinin Biokimya bölməsinin professoru Levent Çavas və əməkdaşı Sema Doğmaz arasında onlayn formatda görüş keçirilib və elmi müzakirələr aparılıb.

Toplantının əsas mövzuları Xəzər və Egey dənizlərinin yosun bioresursları əsasında nanobiotexnoloji yollarla hidrogen enerjisi alınması məsələləri olub və bu istiqamətdə birgə əməkdaşlığa dair ilkin razılığa gəlinib. Xüsusi olaraq, birgə layihələrin hazırlanması, gənclərin elmi potensialından istifadə edilməsi, birgə tədqiqat işlərinin və təcrübə mübadiləsinin aparılması üçün səfərlərin təşkili müzakirə olunub.

Toplantıda elmi əlaqələrin gücləndirilməsi və birgə tədqiqat istiqamətlərinin daha da genişləndirilməsi üçün çalışmaların davam etdirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: