Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.
İclasda Problem şurasının işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.
İclasda tibb üzrə 9 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları Aynur Səfiyeva tərəfindən təqdim edilib.
Müzakirə olunan bəzi mövzuların adında dəyişikliklər edilməklə 5 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 4 iş yenidən müzakirə üçün geri qaytarılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.