Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.09.2023 19:58
  • A-
  • A
  • A+

AMEA-nın kollektivi Zəfər parkında olub

AMEA-nın kollektivi Zəfər parkında olub

Sentyabrın 27-də - Anım günündə Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi Bakıda inşası davam etdirilən Zəfər Parkında olublar.

Elmi ictimaiyyətin nümayəndələri Zəfər Parkının girişində xatirə daşının önünə gül dəstələri qoyub, Azərbaycanın ərazi bütövlüyü uğrunda misilsiz qəhrəmanlıq göstərərək canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Vətən müharibəsində Azərbaycana xalqına möhtəşəm tarixi Zəfəri bəxş etmiş əziz şəhidlərimizin xatirəsi daim yaddaşlarda yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: