Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.04.2024 12:42
  • A-
  • A
  • A+

AMEA nümayəndələri Ordubad şəhərində akademik Rəhim Rəhimovun 100 illik yubileyi münasibətilə “Elm parkı”nın salınması mərasimində iştirak ediblər

AMEA nümayəndələri Ordubad şəhərində akademik Rəhim Rəhimovun 100 illik yubileyi münasibətilə “Elm parkı”nın salınması mərasimində iştirak ediblər

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəhim Rəhimovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Nəsillərə nümunə” adlı yubiley konfransı keçirilib.

Konfrans çərçivəsində alimin doğulduğu Ordubad şəhərində adına verilmiş küçədə “Elm parkı” salınıb.

Mərasimdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və Akademiyanın elmi müəssisə və təşkilatlarından nümayəndələr də iştirak ediblər.

Həmçinin AMEA nümayəndələri alimin vaxtilə yaşadığı evi də ziyarət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: