Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.07.2024 10:08
  • A-
  • A
  • A+

Akademik İradə Hüseynova Ekoloji məsələlər üzrə işçi qrupunun Ağdam şəhərində keçirilmiş növbəti iclasında iştirak edib

Akademik İradə Hüseynova Ekoloji məsələlər üzrə işçi qrupunun Ağdam şəhərində keçirilmiş növbəti iclasında iştirak edib

Ağdam şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edib.

İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Ağdam, Füzuli və Xocavənd rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, mövcud mineral xammal yataqları və istifadə perspektivləri, torpaqların elektron kadastr uçotu işlərinin nəticələri, bu ərazilərin biomüxtəlifliyinin tədqiqi, bərk məişət tullantılarının idarə olunması barədə iştirakçılara məlumat verilmiş, bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda başlanılan təkrar emal fəaliyyətinin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə tətbiqi, eyni zamanda bu rayonların meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilib.

İşçi qrupunun üzvü, AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova tədbirdə Qarabağ iqtisadi rayonunun biomüxtəlifliyi və onun tədqiqi ilə bağlı görülmüş işlərə dair məruzə ilə çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: