Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Rusiya Təbiətşünaslıq Akademiyasının fəxri doktoru seçilib
04.09.2020 15:27
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Rusiya Təbiətşünaslıq Akademiyasının fəxri doktoru seçilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova Rusiya Təbiətşünaslıq Akademiyasının Fəxri doktoru diplomunu alıb.

Belə ki, Rusiya Təbiətşünaslıq Akademiyasının 25 illiyinə həsr olunan 8 mərhələli yubiley sessiyasının vəsatəti ilə akademiyanın nəşrlərində, konfrans, sərgi və müsabiqələrində fəal iştirak edən 10 alimə Fəxri doktor adı verilib.

Ölkə üzrə əldə olunan elmi nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu olan Fizzə Məmmədova elm sahəsindəki xidmətlərinə, sözügedən elmi qurum ilə əlaqələrin inkişafındakı fəaliyyətinə görə bu ada layiq görülüb.

Qeyd edək ki, F.Məmmədova "Fiziki kimya" ixtisası üzrə 216 elmi əsərin, 100-dən artıq elmi publisistik məqalənin, o cümlədən 8 şəhadətnamə, 1 patent, 3 monoqrafiya və 2 qrant layihəsinin müəllifidir. Alimin çoxsaylı elmi əsərləri rus və ingilis dillərində nüfuzlu impakt faktorlu jurnallarda dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: