www.science.az
08.04.2021 15:35

Nizami Gəncəvinin "Xəmsə"sinin XV əsrin ortalarında köçürülmüş əlyazmasının surəti əldə edilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Paris Milli Kitabxanasından Nizami Gəncəvinin dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmiş "Xəmsə"sinin XV əsrin ortalarında köçürülmüş əlyazmasının surəti əldə edilib.  

Bu haqda məlumat verən institutun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov bildirib ki, sözügedən kitabxanada 1112-ci nömrə altında saxlanılan həmin əlyazma 303 vərəqdən ibarətdir. Dörd sütunda yazılan dəyərli sənət incisinin əlyazma surəti gözəl nəstəliq xətti ilə köçürülüb.

Qeyd edək ki, əldə olunan əsərin təkcə ilk və son səhifələri yoxdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.