Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.01.2019 14:04
  • A-
  • A
  • A+

Humanitar elmlər sahəsində əldə olunan mühüm nəticələr müzakirə edilib

Humanitar elmlər sahəsində əldə olunan mühüm nəticələr müzakirə edilib

Yanvarın 25-də AMEA-nın Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib. Tədbirdə büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası bölmənin akademik-katibi, akademik Teymur Kərimli açaraq iştirakçıları gündəlikdəki məsələrlə tanış edib.

Tədbirdə ilk olaraq elmi-təşkilati məsələlərə baxılıb. Bölmənin elmi müəssisələrinin, həmçinin kənar təşkilatların humanitar elmlər sahəsində 2018-ci ildə əldə etdikləri mühüm nəticələri müzakirə olunub. Mühüm elmi nəticələrin müəllifi olan alimlər elmi nailiyyətlərinə dair təqdimatlarla çıxış ediblər. Çıxışlar dinlənildikdən sonra bölmə müvafiq qərar qəbul edib.

Bölmənin digər qərarları ilə Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının tərkibində dəyişiklik, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Tədbirdə kadr məsələləri də müzakirə olunub. Bölmə sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əliyevanın Memarlıq və İncəsənət İnstitutunun Təhsil şöbəsinin müdiri vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul edib. Filologiya üzrə fəlsəfə doktoru İlahə Qurbanlı isə Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi vəzifəsinə təsdiq edilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: