Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm” qəzetinin yeni sayları çapdan çıxıb
10.09.2021 15:25
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayları çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 29-30-cu nömrələri işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirakına dair məlumat yer alıb.

Nəşrin növbəti səhifələrində “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitabının görkəmli alimlərin ailə üzvlərinə hədiyyə edilməsi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının, eləcə də Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağının iclasları, akademik İsa Həbibbəylinin Vaqif Poeziya Günlərinə dair, akademik İradə Hüseynovanın isə pandemiya ilə mübarizə barədə mətbuata açıqlamaları, akademik Rasim Əliquliyevin İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında çıxışı, Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev və Zoologiya İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Oktay Aslanovla müsahibələr və s. informasiyalar oxuculara təqdim olunur.

Bundan əlavə, “Böyük Qayıdışın ədəbi və əbədi təntənəsi”, “Dünya şöhrətli alim Lütfi Zadəni qürurla anırıq”, “İnsanlığa xidmət nümunəsi”, “Şərəfli alim ömrü”, “İnkişafda olan Akademiya”, “Miniatür sənətinin tədqiqatçısı”, “Neft-qaz elmində yeni istiqamətin yaradıcısı”, “Şərqşünaslığımızın sönməyən ulduzu”, “Qarabağın və Şərqi Zəngəzurun arxeoloji abidələri”, “Müdriklik zirvə yolunun ömür çalarları”, “Unudulmuş elm fədailəri və ya “Ərəb əlyazmaları üzərində çalışarkən” sərlövhəli məqalələr, elmi yeniliklər, nəşrlər, müsabiqələr və digər xəbərlərlə də tanış ola bilərsiniz.

20 səhifəlik qəzetdə, o cümlədən rus dilində materiallar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: