Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” (“Nauka”) qəzetinin yeni sayında Prezident İlham Əliyevin 60 illik yubileyi ilə bağlı məqalələr yer alıb
24.12.2021 11:57
  • A-
  • A
  • A+

“Elm” (“Nauka”) qəzetinin yeni sayında Prezident İlham Əliyevin 60 illik yubileyi ilə bağlı məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin cari ildə 47-ci nömrəsi işıq üzü görüb.

Qəzetin ilk səhifəsində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbriki yer alıb.

Bundan əlavə, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ölkə başçısının sərəncamları və “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə dövlət başçısının Fərmanı oxuculara təqdim olunur.

Eyni zamanda qəzetdə “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider”, “Azərbaycanın gücü – İlham Əliyev”, “Prezident İlham Əliyevin Vətən müharibəsində Zəfəri şərtləndirən strateji hədəfləri”, “Prezident İlham Əliyevin mədəniyyət siyasətində Hüseyn Cavid fenomeni”, “Феномен Президента” sərlövhəli məqalələr, AMEA Rəyasət Heyətinin “Nizami Gəncəvi İli”nin yekunlarına həsr olunmuş Xüsusi iclası və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: