Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Zəfərə aparan yol” kitabı işıq üzü görüb
24.12.2021 14:54
  • A-
  • A
  • A+

“Zəfərə aparan yol” kitabı işıq üzü görüb

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanovun müəllifi olduğu “Zəfərə aparan yol” kitabı çapdan çıxıb.

Yeni nəşr Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr edilir.

Əsərdə qeyd edilir ki, tarixi möhtəşəm zəfərlə bütün dünyaya ölkəmizin gücünü, haqq və ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi uğura da imza atdı – Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, ikili standartlara qalib gəldi, xalqın milli qüruru, şərəfli tarixi adı, məğlubedilməz xalq adı özünə qaytarıldı.

Müəllif vurğulayır ki, bu zəfərdə və Azərbaycanın iqtisadi, siyasi və digər sahələrdəki uğurlarında cənab Prezidentin keçdiyi məktəblərin, şəxsi keyfiyyətlərinin və genetik amillərin mühüm rolu var. Oxuculara təqdim edilən bu kitabda digər amillərlə yanaşı, cənab İlham Əliyevin bir şəxsiyyət kimi formalaşmasında, dünyanın önəmli siyasi liderlərindən birinə çevrilməsində əhəmiyyətli rolu olan məktəblərdən və həmin məktəbləri bir qədər də zənginləşdirərək yaratdığı öz məktəbindən danışılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: