Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Həyat elmləri və biotibb” jurnalının yeni nömrəsi işıq üzü görüb
28.12.2021 11:42
  • A-
  • A
  • A+

“Həyat elmləri və biotibb” jurnalının yeni nömrəsi işıq üzü görüb

AMEA-nın “Həyat elmləri və biotibb” jurnalının növbəti nömrəsi (Cild 3(76), №2, 2021) çapdan çıxıb.

Jurnalın bu nömrəsinə AMEA Rəyasət Heyətinin “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı haqqında” 12 yanvar 2021-ci il tarixli 2/4 nömrəli qərarına müvafiq olaraq keşirilmiş “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfransın məruzələri əsasında yazılmış elmi məqalələr daxil edilib.

Jurnalın baş redaktorunun müavini, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Ön söz”də qeyd edib ki, 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müqəddəs torpaqlarımızın erməni işğalından azad edilməsi nəticəsində tarixi ədalətin bərpası ilə yanaşı, Qarabağ regionuna elmin böyük qayıdışı ilə bağlı tarixi şans yaranıb.

Məlumdur ki, Qarabağ bölgəsi özünün insan resursları, iqlimi, landşaft, flora və fauna müxtəlifliyi, bərəkətli torpaqları, şəfalı suları ilə həmişə seçilib. İşğaldan öncə burada çoxsaylı nadir, o cümlədən Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş bitki və heyvan növləri, qoruq və yasaqlıqlar mövcud olub. 30 ilə yaxın müddət ərzində bu qiymətli müxtəlifliklə bağlı hər hansı elmi iş aparmaq mümkün olmayıb. Ona görə də məqalələrin əksəriyyəti əsasən keçmiş tədqiqatlar, peyk çəkilişləri, regiona alimlərimizin ilkin səfərləri, proqnozlar əsasında hazırlanıb. Lakin əlamətdar haldır ki, bəzi məqalələr son il ərzində regionda aparılmış real monitorinqlərin nəticələrini əks etdirir.

Ümumən, jurnalın bu nömrəsinə daxil edilmiş və regionda gələcək tədqiqatlar üçün baza rolunu oynayacaq 20 məqalənin elmi ictimaiyyət və daha geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağı şübhə doğurmur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: